2020-ci ildə keçiriləcək Avropa Çempionatına ev sahibliyi edəcək ölkələrin adları müəyyənləşib.
Newsport.az xəbər verir ki, sözügedən yarışı qəbul edəcək 13 şəhərin adı UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində baş tutan iclasında açıqlanıb.
13 şəhər arasında Bakının da adı var. Beləliklə, paytaxtımız 6 ildən sonra keçiriləcək mötəbər turnirdə ev sahiblərindən biri olacaq. Ölkəmizdə AÇ-2020-nin 3 qrup və 1 1/4 final oyunu təşkil olunacaq.
Yarımfinal və final oyunları Londonda baş tutacaq. Turnirin digər oyunları isə bu şəhərlərdə keçiriləcək: Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Brüssel (Belçika), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Qlazqo (Şotlandiya)
Minsk (Belarus), Sofiya (Bolqarıstan), Skopye (Makedoniya), Yerusalim (İsrail), Stokholm (İsveç) və Kardif (Uels) AÇ-2020-ni keçirmək üçün lazımi səsi toplaya bilməyiblər.
Azərbaycanı Cenevrədə AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandamızın baş məşqçisi Berti Foqts, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, futbol veteranları İsgəndər Cavadov, İqor Ponomaryov və digər şəxslər təmsil edib.
İngiltərə/London – 1/2 finallar və final
Azərbaycan/Bakı – 3 qrup oyunu, 1 1/4 final oyunu
Almaniya/Münxen – 3 qrup oyunu, 1 1/4 final oyunu
İtaliya/Roma – 3 qrup oyunu, 1 1/4 final oyunu
Rusiya/Sankt-Peterburq – 3 qrup oyunu, 1 1/4 final oyunu
Belçika/Brüssel - 3 qrup oyunu, 1 1/8 final oyunu
Danimarka/Kopenhagen - 3 qrup oyunu, 1 1/8 final oyunu
Macarıstan/Budapeşt - 3 qrup oyunu, 1 1/8 final oyunu
Hollandiya/Amsterdam - 3 qrup oyunu, 1 1/8 final oyunu
İrlandiya/Dublin - 3 qrup oyunu, 1 1/8 final oyunu
Rumıniya/Buxarest - 3 qrup oyunu, 1 1/8 final oyunu
Şotlandiya/Qlazqo - 3 qrup oyunu, 1 1/8 final oyunu
İspaniya/Bilbao - 3 qrup oyunu, 1 1/8 final oyunu