Millimizin sabiq futbolçusu baş məşqçisiz qaldı

Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budağın çıxış etdiyi Türkiyənin "Qaziantep BB" klubu baş məşqçisiz qalıb. 

Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi baş məşqçi Hakan Kutlu ilə yolları ayırmağa qərar verib.

Tərəflər qarşılıqlı razılıq əsasında ayrılıblar. Hələlik, komandanın yeni baş məşqçisinin kim olacağı bilinmir.

Qeyd edək ki, "Qaziantep BB" Türkiyə PTT 1-ci liqasında çıxış edir və 21 xalla 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right