“Real Madrid”in ardınca Leroy Corcun komandası...

Türkiyə PTT I Liqasında mübarizə aparan "Göztəpə” klubuyna sərt cəza tətbiq oluna bilər.

Newsport.az-ın məlumatına görə,  "göz-göz”ün Türkiyə Kubokundan kənarlaşdırıla bilər.  Buna səbəb isə "Göztəpə”nin Türkiyə Kubokunda "Nazilli Bələdiyəspor”la matçda cəzalı futbolçunun xidmətindən istifadə etməsidir. Belə ki, həmin matçda cəzalı durumda olan Mehmet Enes Öztürkün meydanda olması "Göztəpə”yə problem yarada bilər.  İntizam Komitəsi "göz-göz”ü kubokdan kənarlaşdıra da bilər.

 Qeyd edək ki, bir neçə gün öncə məşhur "Real Madrid”də eyni səhvə yol vermişdi. "Real” cəzalı futbolçusu Denis Çerişevi meydana buraxdığı üçün İspaniya Kral Kubokundan kənarlaşdırılmışdı.
 Onu da vurğulayaq ki, "Qarabağ”ın sabiq futbolçusu Leroy Corc da "Göztəpə”də forma geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right