Almaniyalı futbolçu Kevin Qrosskroytzun "Qalatasaray”dan ayrılmaq istəməsi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın məlumatına görə, futbolçu artıq "cim bom”un düşərgəsini tərk edib. Bu barədə Almaniyanın "Bild” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, Kevin artıq İstanbulu tərk edərək vətəninə yollanıb.
Qeyd edək ki, Qrosskroyrtz yayda "Qalatasaray”a trabsfer olunsa da, FİFA-nın qoyduğu qadağaya görə debüt etmək şansı qazanmayıb.
Yayılan məlumatlara "Qalatasaray” tərəfindən heçbir açıqlama gəlməyib. "Bild” Kevinin "Köln”lə müqavilə imzalayacağını iddi edib.