"Atletiko"nun futbolçusu Mario Mandzukiç burnundan əməliyyat olunub.
Newsport.az -ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, əməliyyatı yaxşı keçən xorvatiyalı hücumçu yaşıl meydanlara daha tez qayıdacaq. Ən azı iki həftə sıradan çıxdığı iddia edilən Mandzukiçin üç gün sonra - sentyabrın 22-i başlayacağı bildirilib.
Qeyd edək ki, M.Mandzukiçin Çempionlar Liqasında "Olimpiakos"la matçda burnu qırılıb.