Almaniyalı futbolçu Kevin Qrostkroytz "Qalatasaray”dan ayrılmaq istəyir.
Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Belə ki, mövsümün əvvəlində Dortmund "Borussiya”sından transfer edilən futbolçu komandanın bu gün səhər baş tutan məşqində baş məşqçi Mustafa Dənizliyə qışda komandadan ayrılmaq istədiyini bildirib. "Qalatasaray” rəhbərliyinin hansı qərar verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Qrostkroytz yayda "Qalatasaray”a transfer edilsə də, sənədləri FİFA-ya gec göndərildiyinə görə ali futbol qurumu futbolçunun oynamasına icazəverməyib. Kevin yalnız "Qalatasray”ın yoxlama matçlarında iştirak edib.