Fransa çempionatında 15-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, turun son oyununda Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Monako" mübarizə aparıb.
"Knyazlıq klubu" səfərdə "Marsel"in qonağı olub. "Velodrom" stadionunda baş tutan oyun məhsuldar alınıb. Əvvəlcə meydan sahibləri, ardından isə 2 dəfə qonaqlar hesabda önə keçsə də, sonda heç-heçə qeydə alınıb. 6 qolun vurulduğu matçda tərəflər 3 vurulan topa rəğmən, 1 xalla kifayətlənib. Belədə "Monako" 3 qələbə və 1 məğlubiyyətdən sonra Liqa-1-də "sülh"ə imza atıb.
Qeyd edək ki, "Monako" hazırda 24 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fransa çempionatı, 15-ci tur
"Marsel" - "Monako" 3:3
Qollar: Alessandrini, 12. Batşuayi, 51. N`Kudu, 82 // A.Ture, 18; 39. Koentrao, 72.
"Monako": Subaşiç, A.Ture, Racci, Uolles, Elderson, Fabinyo, Moutinyo, Bakayoko, Elder Koşta (Bernardo Silva, 72), Koentrao (Əl-Şaaravi, 90), Karrilyo (Traore, 87).