Türkiyə Superliqasında daha bir baş məşqçi istefası reallaşıb.
Newsport.az-ın məlumatına görə, "Bursaspor” baş məşqçisi Ərtoğrul Sağlmala yollarını rəsmən ayırıb. Buna komandanın son zamanlardakıuğursuz çıxışı səbəb olub.
Türkiyə Superliqasının son turu çərçivəsində "Kayserispor” məğlubiyyəti ilə Sağlam vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Sağlam mövsümün əvvəlindən Bursa təmsilçisini çalışdırırdı. "Bursaspor” onun başçılığı altında 13 turdan sonra 15 xal qazanmağı bacarıb.