Fransa milli komandasnını sabiq forvardı – son olaraq Hindistanın "Mumbay Siti” klubunda forma geyinən Nikolas Anelka karyerası ilə bağlı önəmli qərar qəbul edib.
Newsport.az saytının məlumatına görə,fransız forvard həyatında yeni bir səhifə açmaq istədiyini və "Mumbay Siti”yə qayıtmaq fikrində olmadığını bildirib.
39 yaşlı forvard qərarını "Mumbay Siti”nin uğursuz çıxışı ilə əlaqədar olduğunu bildirib. O, fikirlərini belə izah edib: "Artıq geri dönmək fikrində deyiləm. Bu barədə rəhbərliklə danışmalıyam. Komandada qələbə ruhu yoxdur. Ona görə də, "Mumbay Siti”dəki karyeramı bitirmək istəyirəm.”
"Arsenal”, "Real Madrid”, PSJ, "Liverpul”, "Mançester Siti”, "Fənərbaxça”, "Çelsi”, "Yuventus” kimi superkulublarda forma geyinən forvard 2014-cü ildən "Mumbay Siti”də forma geyinir. O, komandanın heyətində 8 oyun keçirib və 2 qol vurub.