Premyer Liqa klubları Türkiyəyə getməkdən imtina etdi!

Son günlər Türkiyə və Rusiya arasında siyasi müstəvidə yaşananalar artıq idmana da sirayət edib.

Newsport.az saytının məlumaına görə, Türkiyə hava sərhədlərinin toxunuzlmazlığını pozan Rusiyanın Su-24 təyyarəsini vurunca, ümumiyyətlə, ölkələr arasında münasibətlər kəskinləşib.
 
Belə məqamda demək olar, hamılıqla qış təlim-məşq toplanışı üçün Türkiyəyə getməyi düşünən Rusiya Premyer Liqası təmsilçiləri planlarında təcili dəyişiklik edib. Rusiya Premyer Liqasının prezidenti Sergey Palkin İcraiyyə Komitəsinin baş tutan son iclasında klublara bu barədə sadəcə, tövsiyə olunduğunu desə də, klubların fikri qətidir. 
 
Ümumiləşdirsək, Moskva "Likomotiv"indən başqa, heç kim Türkiyəyə getmək istəmir. Artıq klub rəhbərləri də rəsmi açıqlama verərək ya Türkiyəyə ayaqlarının dəyməyəcəyini deyib, ya da bu şəraitdə başqa variant axtaracaqlarını söyləyib. Moskva "Spartak"ı isə birdən-birə 7 təlim-məşq toplanışını (əvəzedici və ikinci komanda üçün 3, əsas komanda üçün 1 dəfə - red.) "ixtisar"a salıb. Ruslar Türkiyənin günəşinin əvəzinə Kipr, İspaniya, İsrail kimi ölkələrə getməyi düşünür. 
 
Rusiyanın klubların təlim-məşq toplanışının təşkili ilə mə.ğul olan matç-agenti Vyaçeslav Protsenkonun sözlərinə görə, "Lokomotiv"in Türkiyə variantından imtina etməməsinin səbəbi moskvalıların artıq toplanışın pulunu ödəməsindədir. Başqa ölkədə uyğun variant tapılsa və ödənilən pulun geri alınması mümkün olsa, "dəmiryolçular"da qardaş ölkədən imtina edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right