Mahir Şükürov İzmir derbisində iştirak edəcək

Türkiyə kubokunun II mərhələsinin püşkü atılıb.

 

 Newsport.az saytının məlumatına görə, 98 komandanın mübarizə aparacağı mərhələdə ilk mərhələdən keçən 35, II dəstədən 37, I diviziondan 18 və Superliqadan 8 komanda iştirakçı olacaq.

 

Bu mərhələdə mübarizəyə I dəstədə çıxış edən təmsilərimizin komandaları da qoşulacaq. Onların rəqibləri isə II və III dəstə komandaları olacaq.

 

23 sentyabr

16:30 “Sebat Proje Trabzon Akçaabat” – “Dənizlispor” (Rail Məlikov)

17:00 “Çorum Bələdiyyəspor” – “Manisaspor” (Branimir Subaşiç)

20:00 “Konya Anadolu Səlçukspor” – “Qaziantep BB” (Ufuk Budak, Vaqif Cavadov, Rəhman Hacıyev)

 

24 sentyabr

17:00 “Sakaryaspor” – “Girəsunspor” (Ayaz Mehdiyev)

21:00 “Altınordu” (Timur Təməltaş) – “Menemen Bələdiyyəspor”

22:30 “Karşıyaka” (Mahir Şükürov) – “Altay”

 

25 sentyabr

18:00 “Elazığspor” (Cavid İmamverdiyev) – “Ayvalıkgücü Bələdiyyəspor”

 

Qeyd edək ki, tək matçlı sistemlə keçiriləcək bu mərhələdə Mahir Şükürovun komandasının bəxtinə nisbətən çətin rəqib düşüb. Belə ki, hazırda II dəstədə mübarizə aparsa da, “Karşıyaka”nın “Altay”la oyunları İzmir derbisi sayılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right