UEFA 2015-ci ilin rəmzi komandasına düşməyə namizəd futbolçuların adlarını açıqlayıb.
Newsport.az-ın məlumatına görə, azarkeşlər səsverməsi ilə müəyyənləşəcək "rəmzi yığma”ya 40 namizəd var.
Azarkeşlər öz komandalarını UEFA-nın saytında yığa bilər. Futbolçuların tam siyahısı isə belədir:
Qapıçılar: Canluici Buffon ("Yuventus"), Co Hart ("Mançester Siti"), Manuel Noyer ("Bavariya"), Denis Boyko ("Dnepr");
Müdafiəçilər: David Alaba, Jerom Boatenq (hər ikisi "Bavariya"), David Luis, Tyaqo Silva (hər ikisi PSJ), Dieqo Qodin ("Atletiko"), Rikardo Rodriges ("Volfsburq"), Serxio Ramos ("Real"), Jerar Pike, Dani Alveş, Xavyer Masçerano (hamısı "Barselona"), Leonardo Bonuççi, Corco Kyellini (hər ikisi "Yuventus");
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("Bayer"), Kevin de Bruyne ("Mançester Siti"), Eden Azar ("Çelsi"), Andres İnyesta, İvan Rakitiç (hər ikisi "Barselona"), Xames Rodriges ("Real"), Yevgen Konoplyanka, Qjeqoj Krıxovyak (hər ikisi "Sevilya"), Pol Poqba, Klaudio Markizio (hər ikisi "Yuventus"), Marko Verratti (PSJ), Arturo Vidal (Bavariya");
Hücumçular: Kriştiano Ronaldo, Qaret Beyl (hər ikisi "Real"), Robert Levandovski, Tomas Müller (hər ikisi "Bavariya"), Lionel Messi, Luis Suares, Neymar (hamısı "Barselona"), Zlatan İbrahimoviç (PSJ), Serxio Aquero ("Mançester Siti"), Antoni Qrizmann ("Atletiko"), Aleksis Sançes ("Arsenal"), Alvaro Morata ("Yuventus").