Türkiyə Superliqasında mübarizə aparan "Trabzonspor” klubunda portuqaliyalı futbolçu Xose Bosinqvanın ardından daha bir futbolçu komandadan gedib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Karl Medcani Qara Dəniz təsilçisi ilə yollarını ayırıb. Klub saytında yer alan xəbərə görə, Medcani özü klubdan getmək istəyib. Qara Dəniz təmsilçisi məsələ ilə bağlı FİFA-ya müraciət edəcək.
Qeyd edək ki, Karl 2014-cü ildən "Trabzonspor”un şərəfini qoruyurdu. O, Trabzon təmsilçisinin heyətində keçirdiyi 37 oyuna 8 qol vurmuşdu.