Ümit Karan Bakıda

“Qalatasaray”ın və Türkiyə millisinin sabiq hücumçusu Ümit Karan Bakıya gəlib.

Newsport.az-ın məlumatına görə,bu haqda veteran futbolçunun özü məlumat verib. Lakin Karan səfərinin məqsədi barədə danışmayıb.

Qeyd edək ki, 39 yaşlı veteran futbolçu karyerasını 2011-ci ildə bitirib. O, son olaraq “Eskişehirspor”da forma geyib. Karanın karyerasının ən parlaq dövrləri “Qalatasaray”da keçib. 8 il “Cim-Bom”un formasını geyən təcrübəli forvard, 170 oyunda meydana çıxıb, 71 qol vurub və “Qalatasaray”la birgə 3 dəfə ölkə çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb.

Futbolxeber.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right