Hamza Hamzaoğlunu istefaya göndərən "Qalatasaray”da məşqçi axtarışları davam edir.
Newsport.az-ın məlumatına görə, posta ən real namizəd "Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Mustafa Dənizli göstərilir. Bəzi mənbələr hətta "Qalatasaray”ın Dənizli ilə 1 həftə öncə danışıb razılğa gəldiyi bildirilir.
Qardaş ölkədən olan həmkarlarımız İstanbul klubu çün daha bir iddia irəli sürüblər. Belə ki, həmkarlarımız Dənizli ilə danışıqların baş tutmayacağı təqdirdə "cim bom”un xarici mütəxəssislərlə danışıq aparacağını vurğulayıblar.
Burada isə ən real namizəd Fransa futbolunun canlı əfsanəsi – hazırda "Real Madrid”in "B” komandasını çalışdıran Zinəddin Zidan əsas nazmizəd kimi göstərilir. Rəhbərlik Zidanın futbolçularla yaxşı anlaşa biləcəyini düşünür.
Qeyd edək ki, Zidan futbolçu karyerasını bitirdikdən sonra məhz "Real Madrid”də çalışmağa başlayıb.