Millimizin sabiq üzvünə saqqal qadağası

Türkiyə PTT I Liqasında mübarizə aparan  "Altınordu”nun prezidenti Seyit Özkan futbolçularla bağlı maraqlı qərar qəbul edib. 
Newsport.az-ın məlumatına görə, klub prezidenti futbolçulara oyuna saqalla çıxmaq qadağası qoyub. 
Klubun rəsmi saytına qərarı barədə danışan prezidentin fikirləri belə olub: "Sabahdan etibarən komandada saqqal saxlamaq qəti qadağandır. Bundan sonra klubun öz yetirməsi olan futbolçular bütün matçlara saqqalsız çıxacaqlar. Həftəaraları isə bütün futbolçular sərbəstdir. Qəararım legionerlərə qarşı dəyişkən olacaq. Legionerlər saqqal saxlaya bilərlər. Amma bir şərtlə ki, onların saqqalı səliqəli olmalıdır.”
Qeyd edək ki, milli komandamızın sabiq üzvü Timur Təməltaş da "Altınordu”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right