“Qalatasaray”da pərdəarxası: Hamzaoğlu dilinin bəlasına düşüb

Az öncə "Qalatasaray”ın baş məşqçisi Hamza Hamzaoğlu ilə yollarını ayırması ilə bağlı məlumatı diqqətinizə çatdrımışdıq.

Newsport.az saytının məlumatına görə, Türkiyənin məşhur idman telekanalı "LİG TV” Hamzaoğlu ilə yolların ayrılmasının səbəbini araşdırıb. Sonda Hamzaoğlunun sadə dildə dilinin bəlasına düşdüyü bəlli olub. Belə ki, Hamzaoğlunun son zamanlardakı verdiyi açıqlamalar "cim-bom” rəhbərliyini qane etməyib. Hamzaoğlunun futbolçu Umut Bulutla müqavilənin artırılması və digər məqalmar barədə verdiyi sərt açıqlamalar qovulmasına qədər gətirib çıxarıb.
Qeyd edək ki,  Hamzaoğlu "Qalatasaray”ın ən uğurlu məşqilərindən biri olmağı bacarıb. İstanbil klubu onun başçılığı altında  ötən mövsüm Türkiyə Superliqasının qalibi olub. Komanda həmçinin Türkiyə kubokunu və Superkubokunu Hamzaoğlu ilə birgə qazanmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right