Millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka"da daxili vəziyyət qarışıqdır.
Newsport.az-ın məlumatına görə, İzmir təmsilçisində rəhbərlik arasında "müharibə” gedir.
Kluba böyük maliyyə yatırımı edən ünlü iş adamı Erdal Acarın qardaşı oğlu Devrim Acar başqan Əli Ertenlə yaşadığı fikir ayrılığı üzündən futbol şöbəsi rəhbəri vəzifəsindən və İdarə Heyəti üzvlüyündən istefa verib. Onunla birgə daha 2 yönətici - Mustada Özçakar və Kərim Çətin də istefa verib. Onlar da ayrılığın səbəbini fikir ayrılığı ilə izah ediblər.
İstefasının ardından Devran Acar maraqlı açıqlamalar verib: "Bu, bir ayrılıq deyil, doğrunun tərəfində olmanın qürurlu mübarizəsidir. Hazırkı başqan vəzifəsindən gedəndən sonra verdiyimiz sözləri tutmağa davam edəcəyik. Biz istəsək, olar”.
Qeyd edək ki, Türkiyə mətbuatı "Karşıyaka”da yaxın günlərdə İdarə Heyətinin fövqəladə toplantısının keçiriləcəyini və Acarın başqanlığa namizəd olacağını yazıb.