"Qalatasaray”la yollarını ayıran Həmzə Həmzəoğlu istefasından sonra ilk açıqlamasını verib.
Newsport.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis deyib:
"Klub rəhbərliyi mənimlə davam etmək istəmədiklərini bildirdi. Mən də bu qərara hörmət edirəm. Onlara təşəkkürümü bildirirəm”.
"Vəzifənizdən göndəriləcəyinizi gözləyirdinizmi” sualını Həmzəoğlu cavablandırmaq istəməyib: "Bu barədə çox danışmaq istəmirəm. İndiyədək mənə güvənənlərə, dəstək verənlərə təşəkkür edirəm. Klub rəhbərliyinin qərarına hörmət etmək lazımdır”.
Xatırladaq ki, Həmzəoğlu ötən ildən "Qalatasaray"ı çalışdırırdı.