“Qalatasaray” “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi ilə razılaşdı!

Türkiyənin "Qalatasaray” klubunda şok baş məşqçi ayrılığı reallaşdığını xəbər vermişdik.

Newsport.az saytının məlumatına görə, İstanbul klubu ilə baş məqşçisi Hamza Hamzaoğlu arasındakı müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
 
Artıq "sarı-qırmızılar” onun xələfini də müəyyənləşdirib. Türkiyə mətbuatının yazdığına görə, başqan Dursun Özbək artıq Mustafa Dənizli ilə prinsip anlaşması əldə edib. Hamzaoğlunun istefasından öncə də rəhbərliyin görüşdüyü "Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı əvvəlcə "baş məşqçiniz varsa, mənim nəsə deməyim etikaya uyğun deyil” mesajı vermişdisə, bu dəfə ilkin razılıq əldə olunub. Klub rəhbərliyi də İdarə Heyəti səviyyəsində bu təyinata razılıq verib. 
 
Qeyd edək ki, İstanbul nəhənglərinin hamısında işləməklə diqqət çəkən Dənizli 1987-89 və 1990-92-ci illərdə artıq "Cim-Bom”un sükanı arxasında olub. O, "Qalatasaray”la ölkə çempionluğunu, kubokunu qazanıb, 1988/89 mövsümündə UEFA Çempionlar Kubokunda (indiki Çempionlar Liqası) yarımfinala yüksəlib. 
 
Onu da bildirək ki, Dənizli yarım mövsüm Azərbaycanda da çalışıb. 2013-cü il dekabrın 3-də "Xəzər Lənkəran”ın baş məşqçisi təyin olunan Mustafa hoca 2014-cü il mayın 16-da cənub klubundan ayrılıb. O vaxtdan bəri heç bir klubda işləməyən Dənizli müxtəlif sahələrdə bacarığını nümayiş etdirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right