"Avro-2016": bütün iştirakçılar müəyyənləşdi

Gələn ilin yayında Fransada keçiriləcək Avropa çempionatının bütün iştirakçı komandaları müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, son 4 komandanın kimliyinə "pley-off" oyunlarından sonra aydınlıq gəlib.

Macarıstan, İrlandiya, Ukrayna və İsveç yığmaları "pley-off" oyunlarından qalib ayrılaraq "Avro-2016"nın final mərhələsində oynamaq hüququ qazanıb.

Qeyd edək ki, Fransa keçiriləcək Avropa çempionatının final mərhələsində ilk dəfə olaraq 24 komanda iştirak edəcək.

 

Avropa çempionatının final mərhələsində iştirak edəcək 24 komanda:


Meydan sahibi: Fransa

Qrup birinciləri: Çexiya, Belçika, İspaniya, Almaniya, İngiltərə, Şimali İrlandiya, Avstriya, İtaliya, Portuqaliya

Qrup ikinciləri: İslandiya, Uels, Slovakiya, Polşa, İsveçrə, Rumıniya, Rusiya, Xorvatiya, Albaniya

Ən yaxşı qrup üçüncüsü: Türkiyə

"Pley-off"un qalibləri: Macarıstan, İrlandiya, Ukrayna və İsveç 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right