Bu gün dünyanın futbol meydanlarında beynəlxalq yoldaşlıq oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, millimizin Moldova ilə oyunuyla yanaşı, daha bir neçə qarşılaşma baş tutub
Türkiyə öz meydanında Yunanıstanla 0:0 bərabərə qalıb. Rusiya isə Xorvatiyaya 1:3 hesabı ilə uduzub.
Günün digər qarşılaşmalarının nəticələrini təqdim edirik:
17 noyabr
Beynəlxalq yoldaşlıq oyunları
20:00. Rusiya - Xorvatiya - 1:3
Qollar: Smolov, 15 (1:0), Kaliniç, 57 (1:1), Brozoviç, 60 (1:2), Mandzukiç, 82 (1:3)
22:15. Türkiyə - Yunanıstan - 0:0
23:30. Lüksemburq - Portuqaliya - 0:2
Qollar: Andre, 31 (0:1), Nani, 88 (0:2)
23:45. Avstriya - İsveçrə - 1:2
Qollar: Seferoviç, 10 (0:1), Alaba, 14 (1:1), Seferoviç, 38 (1:2)
23:45. İtaliya - Rumıniya - 2:2
Qollar: Stanku, 8 (0:1), Markizyo, 55-pen (1:1), Qabbiadini, 66 (2:1), Andone, 88 (2:2)
23:45. Polşa - Çexiya - 3:1
Qollar: Milik, 3 (1:0), Jodloviec, 12 (2:0), Krejci, 41 (2:1), Qrosiçki, 70 (3:1)
23:45. Slovakiya - İslandiya - 3:1
Qollar: Finboqasson, 8 (0:1), Mak, 58 (1:1), 61 (2:1), Duris, 84 (3:1)
00:00. İngiltərə - Fransa - 2:0
Qollar: Alli, 39 (1:0), Runi, 48 (2:0)