"Barselona" klubunun müdafiəçisi Jerar Pike maraqlı fikirləri ilə diqqət çəkib.
Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan ispaniyalı futbolçu komandasının Çempionlar Liqasını hər il qazanmasının mümkünsüz olduğunu bildirib:
"Çempionlar Liqasını hər iki-üç ildən bir qazanmaq çox çətindir. Bu günə qədər cəmi 4 dəfə ÇL-in kubokuna sahib çıxmışıq. Şübhəsiz ki, "Barselona"da güclü futbolçular cəmləşib. Bundan faydalanmaq lazımdır. Daha çox titul qazanmaq istəyirik. Ancaq Çempionlar Liqasını hər il qazanmaq mümkün deyil. Bu təzyiqə heç kəs dözə bilməz".
Qeyd edək ki, "Barselona" ÇL-in qrup mərhələsinin ilk turunda bu axşam evdə APOEL-i (Kipr) qəbul edəcək.