Bu gün yoldaşlıq oyununda millimizə 1:2 hesabıyla məğlub olan Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, Stoyka oyun barədə bunları deyib:
- Çox yaxşı oyun oldu. Maraqlı oyun alındı. Birinci hissədə Azərbaycan millisi daha yaxşı təsir bağışladı.
- Moldova millisi tarixinin ən zəif dövrlərini yaşayır. Bunun səbəbi nədi?
- Bəli, sizinlə razıyam. Bu oyuna gəldikdə isə Rusiya, Türkiyə və İtaliya çempionatlarında top qovan əsas heyətin 5 üzvü oynamırdı. Onları gənclərlə əvəzləmişdim.
- Bu, komandaların 9-cu dueliydi. Sizcə, Azərbaycan millisi bu müddətdə güclənib, yoxsa Moldova çox zəifləyib?
- Azərbaycanda son illər futbola və digər idman növlərinə çoxlu investisiya yatırılır. Bu, gec-tez özünü göstərməliydi ki, hazırda da göstərir. Bizdə isə vəziyyət maliyyə cəhətdən yaxşı deyil.