"Qəbələ"nin rəqibinin türk futbolçusu məşqlərə başladı

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Dortmund "Borussiya"sında zədəli futbolçulardan biri sıraya dönüb.

Newsport.az-ın məlumatına görə, Almaniya təmsilçisinin türkiyəli yarımmüdafiəçisi Nuri Şahin artıq komanda ilə birgə məşqlərə qatılır. 
 
Solaxay futbolçu ən qısa zamanda yenidən yaşıl meydanlara qayıtmaq istəyir. O, "İnstaqram"dakı səhifəsində belə yazıb: "Nəhayət... Komanda yoldaşlarımla birgə məşq etmək hissini necə də itimişəm".
 
Xatırladaq ki, Nuri Şahin Bundesliqanın ötən mövsümünün 23-cü turunda keçirilən Rur derbisində zədələnmişdi. Fevralın 28-də "Şalke"yə qarşı matçda (3:0) sıradan çıxan "arılar"ın türk futbolçusu ötən mövsüm Almaniya çempionatında cəmi 7 matçda forma geymək şansı qazanmışdı. Məlum məsələdir ki, cari mövsüm onun hesabında hələ ki oyun yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right