“Qalatasaray” 1995-ci il təvəllüdlü futbolçu sayəsində məğlubiyyətdən qaçdı

Türkiyə Superliqasında yaranan fasilədən istifadən edən son çempion "Qalatasaray” yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az saytının məlumatına görə, "cim bom” Bosniya və Hersoqovina çempionatında çıxış edən "Sarayevo” klubu ilə qarşılaşıb. 

Matçda ilk iki qolu istanbullular vurub. 13 dəqiqədə Olcan Adın hesabı açıb. 24-cü dəqiqədə isə Sinan Gümüş fərqi 2-yə çatdırıb. 2 qoldan sonra arxayınlaşan "Qalatasaray” sonradan qapısında 3 qol görüb. Lakin "cim bom” sona 19 dəqiqə qalmış bərabərlik qolunu vurmağı bacarıb. 1995-ci il təvəllüdlü  Batuhan Ergün İstanbul klubunu məğlubiyyətdən qurtarıb. Qarşılaşmada FİFA tərəfindən rəsmi matçlarda oynamasına icazə vermilməyən Kevin Qrosstkroytz da forma geyinib. Oyunun icmalını təqdim edirik:
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right