AVRO-2016-nın seçmə mərhələsinin pley-off oyunları çərçivəsində növbəti görüş keçirilib.
Newsport.az-ın məlumatına görə, Bosniya və Herseqovina millisi İrlandiyanı qəbul edib.
"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin heyətində yer aldığı Balkan təmsilçisi öz meydanında qalib gələ bilməyib. İrlandiyanın hesabı açdığı görüşdə, bosniyalılardan Dzeko fərqlənib.
Şehiç matçı ehtiyat oyunçular skamyasından izləyib. Xatırladaq ki, "Qəbələ”nin hücumçusu Ermin Zets də milliyə dəvət alsa da, sonradan belindəki ağrılara görə heyətdən kənarlaşdırılmışdı.
Qeyd edək ki, rəqiblər arasında cavab oyunu noyabrın 16-da keçiriləcək.