Avropa Çempionatının seçmə mərhələsinin qrup oyununda 19 yaşadək futbolçulardan ibarət milli komandamız "Bayıl Arena”da Türkiyə milli komandasına 1-0 hesabı ilə yenilib.
Newsport.az-ın məlumatına görə,oyundan sonra Türkiyə milli komandasının baş məşqçisi Vedat İnceefe oyundan sonra keçirilən mətbuat konfransında oyunu belə şərh edib:
"Bizim üçün çətin oyun oldu. İlk oyunda məğlub olmuşduşq. İlk oyundaolduğu kimi bu oyunda azlıqda qaldıq. Azərbaycan irəli getsəydi bizə çətin olacaqdı.Çox xöşbəxtik. Şansımız Ukrayna iləoyuna qədər daşıdıq. İstərdik ki, Aszərbaycan millisi ilə davam edək. Amma alınmadı. Azərbaycanda olduğuma görə xoşbəxtəm.”
İnceefe Azərbaycan millsinin qol vurmamasına da münasibət bildirib: "Buna səbəb sizin hücuma atılmamağınzdır. Düşünürəm ki, Azərbaycan uzun opaslaraüstünlük verməli idi. Biz Azərbaycanın qol vurmasına imkan vermədik.”