AVRO-2016: pley-offun bütün təyinatları açıqlandı

Sabah AVRO-2016-nın pley-off mərhələsinə start veriləcək.

Newsport.az-ın məlumatına görə, gələn il Fransada keçiriləck qitə çempionatına son 4 vəsiqənin taleyinə aydınlıq gətirəcək son mərhələdə 8 milli mübarizə aparacaq.
 
İlk oyunlar noyabrın 12-14-də keçiriləcək ki, artıq bu matçlara bütün təyinatlar açıqlanıb. 
 
12 noyabr

 
 
23:45. Norveç - Macarıstan

Baş hakim: Mark Klattenburq
Köməkçi hakimlər: Saymon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Kreyq Pouson, Conatan Moss
Ehtiyat hakim: Saymon Bennett (hamısı İngiltərə)
UEFA nümayəndəsi: Aynar Leppanen (Estoniya)
Hakim-inspektor: Vlado Sayn (Sloveniya)
Oslo, "Ullevol" stadionu.
 
13 noyabr

 
 
23:45. Bosniya və Herseqovina - İrlandiya

Baş hakim: Feliks Brıx
Köməkçi hakimlər: Mark Borş, Stefan Lupp
Əlavə köməkçi hakimlər: Marko Frits, Bastian Dankert
Ehtiyat hakim: Torsten Şiffner (hamısı Almaniya)
UEFA nümayəndəsi: Martin Sturkenboom (Hollandiya)
Hakim-inspektor: Mark Batta (Fransa)
Zenitsa, "Bilino polye" stadionu.
 
14 noyabr

 
21:00. Ukrayna – Sloveniya

Baş hakim: Yonas Eriksson
Köməkçi hakimlər: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson
Ehtiyat hakim: Fredrik Nilsson (hamısı İsveç)
UEFA nümayəndəsi: Mətin Kazancıoğlu (Türkiyə)
Hakim-inspektor: Françesko Byanki (İsveçrə)                                 
Lvov, "Arena Lvov" stadionu.
 
23:45. İsveç – Danimarka
Baş hakim: Nikola Ritsoli
Köməkçi hakimlər: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi hakimlər: Luka Banti, Antonio Damato
Ehtiyat hakim: Andrea Padovan (hamısı İtaliya)
UEFA nümayəndəsi: Berri Brayt (İngiltərə)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)                                        
Solna, "Solna Arena" stadionu.
 
Qeyd edək ki, cavab oyunları ilk matçlardan 3 gün sonra baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right