İsveçdə ilin futbolçusu mükafatı təqdim edilib.
Newsport.az-ın məlumatına görə, Fransanın PSJ klubunun forvardı Zlatan İbrahimoviç 2015-ci il üçün İsveçin ən yaxşısı seçilib.
İbrahimoviç karyerası ərzində 10-cu dəfə ölkəsinin"qızıl top”çusu adını qazanıb.
Bu arada İsveçdə ilin qapıçısı da bəlli olub. Türkiyənin "Kasımpaşa” klubunda forma geyinən Andreas İssakson 10-cü dəfə ölkəsinin ən yaxşı qapıçısı adına layiq görülüb.