Moldova millisi Bakıya 24 futbolçu ilə gəlir

Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində noybarın 17-də Bakıda millimizin qonağı olacaq Moldova yığmasının heyəti açıqlanıb.

Newsport.az-ın Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqibin baş məşqçisi Ştefan Stoyka millimizlə oyun üçün 24 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Moldova oyunu saat 21:00-da başlayacaq.

 

 

Qapıçılar: İlya Çebanu ("Mordoviya", Rusiya), Aleksey Koşelev ("Şerif"), Artyom Qaydukeviç ("Daçiya")

Müdafiəçilər: İqor Armaş ("Kuban", Rusiya), Viktor Qolovatenko ("Sibir", Rusiya), Katalin Karp ("Styaua", Rumıniya), Vitali Bordiyan ("Helios", Ukrayna), Ştefan Burqiu, İon Jardan (hər ikisi "Zimbru"), Semen Bulqaru ("Daçiya"), Maksim Potarniçe ("Şerif"), Vadim Bolohan ("Milsami")

Yarımmüdafiəçilər: Aleksandr Dedov ("Tarqu-Mureş", Rumıniya), Aleksandr Antonyuk, Andrey Kojokar (hər ikisi "Milsami"), Yevgeni Koçuk ("Daçiya"), Aleksandr Vremea ("Zimbru"), Aleksandr Onika, Vadim Rata (hər ikisi Zarya")

Hücumçular: Nikolay Milinçanu ("Petrolul", Rumıniya), Radu Qinsari ("Şerif"), Vladimir Ambros ("Petrokub"), Sergey İstrati ("Saksan"), Georgi Bogiu ("Zarya") 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right