“Qalatasaray”ın ulduzu qadına yumruq vuraraq polisə düşdü

Türkiyənin "Qalatasaray” klubun ulduz futbolçusu Kevin Qrosskroytz gözlənilmə olayla üzləşib.

Newsport.az-ın məlumatına görə, polis onun barəsində araşdırmalara start verib. Almaniyalı futbolçunun ölkəsində bir qadını yumruqla vurduğu iddia edilir.
Almaniya mətbuatı isə hadisəni belə izah edir. FİFA-nın cəzasına görə, qışadək "Qalatasaray” farmasını geyinə bilməyəcək  futbolçu ölkəsinə ailəsində baş çəkməyə gedib. Məşqlərindən geri qalmamaq üçün uşaq ikən oynadığı "Kemminqhauzen”in düşərgəsində məşq edən futbolçunun məşqini izləməyə anası Pia Qrosskroytz da gedib. Almaniya mətbuatı idda  edir ki, Ana Qrosskroytz məhz burada biq qadınla mübahisə edib. Bunu görən Kevin anası ilə mübahisə edən qadını yumruqla vurub. 
Zərərçəkən qadın həm Kevindən həm də Piadan şikayət edib. Almaniya polisi olayla bağlı araşdırmalara başlayıb.   





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right