“Atletiko” heyətdə yaranmış boşluğu doldurmaq üçün hərəkətə gəlib. Stadium.az xəbər verir ki, Madrid təmsilçisinin gündəmindəki futbolçulardan biri də PSJ-nin yarımmüdafiəçisi Xavyer Pastoredir. Futbolçu özü də əsas heyətində düşə bilmədiyi PSJ-dən ayrılmaq fikrindədir. Pastore hətta icarə əsasında da İspaniya çempionuna keçməyə hazırdır.