"Barselona”nın ulduz futbolçusu Leonel Messinin zədələnməsindən xəbərdarsınız.
Newsport.az-ın məlumatına görə, "Las Palmas”la ounun 9-cu dəqiqəsində zədələnən futbolçunun 6-8 həftəlik sıradan çıxan və "Real Madrid”lə oyuna hazır olacağı gözlənilən Messinin zədəsi gözlənildiyindən gec sağaılır.
"Espana Sport” qəzeti Messinin zədəsi ilə bağlı maraqlı iddia ortaya qoyub. Mənbə iddia edir ki, Messi "El Klasiko”da oynamayacaq. Belə ki, dizində ağrılar hiss edən ulduz futbolçu "Real Madrid”lə oyunadək yalnız yüngül qaçışlarla kifayətlənəcək.
Qeyd edək ki, "Real Madrid” – "Barselona” komandaları arasında baş tutacaq oyun noyabrın 21-də baş tutacaq.