Məşhur belçikalı məşqçi Erik Maria Qerets karyarası ilə bağlı önəmli qərar qəbul edib.
Newsport.az-ın məlumatına görə, 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirdiyini elan edib. O, ölkəsinin mətbuatına açıqlamasında futboldan və məşqçilikdən getməyin vaxtı olduğunu açıqlayıb.
Qeyd edək ki, Qerets karyerası ərzində "Brügge”, PSV, "Volfsburq”, "Marsel” kimi məşhur komandaları çalışdırıb. Erik 2005/07-ci illərdə Türkiyənin "Qalatasaray” klubunun da baş məşqçisi olub.