"Qalatasaray"ın baş məşqçisi yubiley qeyd etdi

Türkiyə Superliqasında 10-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, dünən keçirilən "Qalatasaray” - "Əskişəhərspor” oyunu (4:0) meydan sahiblərinin baş məşqçisi Həmza Həmzaoğlu üçün xüsusi önəm daşıyıb. 
 
Belə ki, 2014-cü ilin dekabrından "cim-bom”a rəhbərlik edən mütəxəssis bütün turnirləri nəzərə almaqla komandasını 50-ci dəfə meydana çıxarıb. Bu oyuna qədər Türkiyə Superliqasında 32, ölkə kubokunda 12, Çempionlar Liqasında 4 və Türkiyə Superkubokunda 1 oyunda komandaya rəhbərlik edən mütəxəssis "Əskişəhərspor” qarşılaşmada 100-ü yarılayıb. Onun 50 oyundakı nəticəsi belədir: 33 qalibiyyət, 9 bərabərlik və 8 məğlubiyyət.

Qeyd edək ki, Hamzaoğlu 11 aya yaxın müddətdə "Qalatasaray”la ölkə çempionu, ölkə kubokunun və Superkubokun qalibi olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right