Türkiyənin “Dənizlispor” klubundan ayrıldıqdan sonra işsiz olan Saşa Yunisoğlunun yeni klubu müəyyənləşib.
Newsport.az saytının məlumatına görə, Yunisoğlu karyerasını “Araz-Naxçıvan”da davam etdirəcək.
28 yaşlı futbolçu dünən Premyer Liqanın debütantı ilə 1 illik müqavilə bağlayıb. Futbolçunun özü bu haqda saytımıza məlumat verib.
Qeyd edək ki, Saşa Yunisoğlu ötən mövsüm “Dənizlispor”dan maaşlarını ala bilmədiyi üçün öz istəyiylə ayrılıb.