"Bavariya" klubu ciddi itki ilə üzləşib.

"Bavariya"nın futbolçusu uzun müddətə sıradan çıxdı

Newsport.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Almaniya bundesliqasında "Ştuttqart"la matça zədələnən Holqer Badştuberin durumunun ciddi olduğu müəyyənləşib. 

Almaniyalı müdafiəçinin dizindən əməliyyat olunacağı və uzun müddət futbol oynamayacağı açıqlanıb.

Qeyd edək ki,H.Badştuber 2012/2013 mövsümündə də zədələndiyi üçün əməliyyat olunub və ötən mövsüm yaşıl meydanlara qayıdıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right