Türkiyə Superliqasının VIII turu çərçivəsində baş tutan "Beşiktaş” – "Rizəspor” matçında "Beşiktaş”ın serbiyalı futbolçusu Dusko Tosiç gözləmədiyi olayla üzləşib.
Newsport.az-ın məlumatına görə, azarkeşlər tribunalardan Tosiçin adını səsləndirdiyinə görə, futbolçu azarkeşlərə yaxınlaşıb. Amma Tosiçin üzləşdiyi olay onun üçün gözlənilməz olub.
Tosiçi səsləyən azarkeşlər Serbiya deyil, Albaniya bayrağını açıblar. Tosiç Albaniyanın bayrağını görüncə kor-peşiman geri dönüb.
Qeyd edək ki, sözügedən iki ölkə arasında münasibətlər heç də, yaxşı deyil. Daha bir maraqlı məqam isə, hər iki ölkənin Avro 2016-nın seçməmərhələsində eyni qrupda yer almasıdı. Məhz həmin oyunlar başa çatıb. Serbiya qrupda qaldığı halda, Albaniya final mərhələsinə yüksəlib.
Azarkeşlərin Albaniya fanatları olduğu ehtimal olunur.