"Qarabağ" və "Xəzər Lənkəran"ın sabiq məşqçisi evində ölü tapıldı

"Qarabağ" və "Xəzər Lənkəran"ın sabiq məşqçisi Tayfun Gürsel 63 yaşında dünyasını dəyişib.
 

Newsport.az-ın məlumatına görə, T.Gürsəlin meyiti Türkiyənin Antalya vilayətinin Demre qəsəbəsindəki evinin hamamından tapılıb.

Türkiyə millisinin sabiq futbolçusunun ölümünə infarktın səbəb olduğu açıqlanıb.
 
Qeyd edək ki, Tayfun Gürsel Rasim Karanın baş məşqçi olduğu vaxt "Xəzər Lənkəran"la "Qarabağ"da çalışıb. O, 25 ildir həyat yoldaşından ayrı qalırdı.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right