İspaniyadan tarixi ilk

AVRO-2016-nın seçmə mərhələsinin son turunda səfərdə Ukrayna millisini məğlub edən (1:0) İspaniya yığma komandası tarixində bir ilkə imza atıb.

Newsport.az-ın məlumatına görə, pireneylilər ardıcıl 8-ci rəsmi oyununda qol buraxmayıb.
 
Özü də İspaniya bu oyunların hamısında qələbə qazanıb. Visente del Boskenin yetirmələri sonuncu dəfə rəsmi oyunlarda ötən il oktyabrın 9-da qapısından top buraxıb. 723 dəqiqəlik "quru” seriyaya malik "buğalar” bu 8 oyunda rəqib qapılarından 17 cavabsız top keçirib. 
 
Qeyd edək ki, bu İspaniya futbolu tarixində ilk olsa da, AÇ-nin seçmə mərhələləri tarixində ikinci haldır. Daha öncə Yunanıstan millisi 2002-2006-cı illərdəki qitə çempionatının seçmə mərhələsində 8 ardıcıl oyunda "quru” qələbəyə sevinmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right