"Avro-2016": "pley-off"un iştirakçıları müəyyənləşdi

Bu gün keçirilən 9 oyunla "Avro-2016"nın seçmə mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, bu görüşlərdən sonra "Avro-2016"nın final mərhələsinə vəsiqə verən pley-off oyunlarının iştirakçıları müəyyənləşib.

Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə son 4 vəsiqə uğrunda qruplarında 3-cü pilləni tutan 8 komanda mübarizə aparacaq.

A qrupunda mübarizə aparan Türkiyə yığması isə ən yaxşı üçüncü komanda kimi birbaşa "Avro-2016"nın final mərhələsində oynamaq hüququ əldə edib.

Qeyd edək ki, pley-off mərhələsinin püşkü oktyabrın 18-də, İsveçrənin Nyon şəhərində keçiriləcək. Oyunlar isə noyabr ayında baş tutacaq.

 

Pley-off mərhələsinin iştirakçı komandaları aşağıdakılardır:

B qrupu: Bosniya və Herseqovina

C qrupu: Ukrayna

D qrupu: İrlandiya

E qrupu: Sloveniya

F qrupu: Macarıstan

G qrupu: İsveç

H qrupu: Norveç

İ qrupu: Danimarka





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right