"Meydanda çox yaxşı təşkilatlanmış bir milli komanda gördüm. Çox perspektivli futbolçularınız var. Dörd oyundur ki, məğlub olmurdular. Ona görə də onlara qarşı çox yaxşı hazırlaşmışdıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin futbolçusu Əl-Şaaravi yığmamız üzərində qələbə qazandıqları oyundan (3:1) sonra deyib.
"Monako"nun futbolçusu Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları “Qarabağ”la oyun haqda da fikirlərini bölüşüb:
"Bilirik ki, "Qarabağ" çox yaxşı oyun sistemine malikdir və yaxşı komandadır. Bu matça da yaxşı hazırlaşıb qələbə qazanmağa çalışacağıq".