UEFA Türkiyənin "Qalatasaray” klubunu cəzalandıra bilər.
Newsport.az-ın məlumatına görə, buna səbəb "cim-bom”un borclarının artmasıdır.
Ötən mövsüm "sarı-qırmızılar”a xəbərdarlıq edən, qitə futbol qurumu İstanbul klubunun borclarının 70 milyon avro olduğunu bildirmişdi. Amma sözügedən borc günü-gündən artır. Hazırda "cim-bom”un borcu 90 milyon avro təşkil edir. Bunu görə futbol qurumu "Qalatasaray”a məktub göndərərək komandanın durumunun yaxşı olmadığını bildirib.
Türkiyə mətbuatının yazdığına görə, UEFA "Qalatasaray”a məşhur İtalyan klubu "Parma”nı misal göstərib.
Qeyd edək ki, "Parma” məhz borclarına görə, ötən mövsüm İtaliya A Seriyasından həvəskarlar liqasına düşürülüb.