İngiltərə Premyer Liqası klubu "Çelsi” heyətinə yeni futbolçu qatır.
Newsport.az saytının məlumatına görə, London təmsilçisi yeni qapıçı ilə güclənib.
"Zadəganlar” Marko Ameliyanı heyətinə qatıb. 2013/14 mövsümünün sonunda "Milan”dan ayrıldıqdan sonra klubsuz qalan 33 yaşlı qolkiper oyulun sonlarından bu yana "Çelsi”də məşq edirdi. Uzun illər "Çelsi”də çıxış etmiş Petr Çex "Arsenal”a keçdiyindən, əsas qapıçı Tibo Kurtua zədələndiyindən Joze Mourinyo yalnız Asmir Beqoviçin ümidinə qalmışdı.
Belədə komanda azd agent statusu daşıyan italiyalı qapıçını rənglərinə bağlayıb. Düzdü, hələ ki bu keçid klub tərəfindən rəsmən açıqlanmayıb. Amma Ameliyanın agenti Federiko Pastorello "İnstagram” hesabında paylaşdığı şəkilin altına "Çelsi” ilə müqaviləni qeyd etmək üçün Ameliya ilə birgə axşam yeməyindəyik” yazmaqla diqqət çəkib. Bu isə onu göstərir ki, yaxın günlərdə "zadəganlar” transferi rəsmən açıqlayacaq.
Qeyd edək ki, komandanın baş məşqçisi Joze Mourinyo son müsahibələrindən birində yaşlı futbolçularla cavanların vəhdətini qirmağa çalışdığını, Ameliyanın da bu yaşlılar sırasına daxil olduğunu demişdi.