“Beşiktaş” 2 futbolçusu ilə yollarını ayırdı

Türkiyənin "Beşiktaş” klubu iki futbolçusu ilə yollarını ayırıb.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar” uzun müddətdir ki, əsas heyətdə güclənə bilməyən və günün icarəyə verilməklə keçirən gən futbolçuları Sezər Öztürk və Gökhan Süzəni komandadan göndərib. 
Qeyd edək ki, Sezər 2013-cü ildə "Fənərbaxça”dan "Beşiktaş”a transfer olunub. O, komandanın heyətində debüt etmək şansını qazanmayıb. Öztürk "İstanbul BB” və "Əskişəhərspor” klublarında icarə əsasında oynayıb. 
2013-cü ildə "İstanbul BB”ni "Beşiktaş”a dəyişən Süzən isə komandanın heyətində 11 oyun keçirib. O, daha sonra "Qaziantepspor”a icarəyə verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right