“Trabonspor”un futbolçusu polis tərəfindən saxlanıldı

Türkiyənin Trabzonspor klubunun futbolçusu Kevin Kanstant gözləmədiyi olayla üzləşib.

Newsport.az-ın məlumatına görə, Gvineya millikomandasına dəvət alan və millinin düşərgəsinə getmək istəyən futbolçu Atatürk hava limanında saxlanılıb. Onun polislə qalmaqal yaşadığına görə, polis bölməsinə aparıldığı bildirilir. 
Türkiyə mətbuatının yazdığına görə, hazırda olayla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Konstant 2014-cü ildən "Trabzonspor”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right