“Qalatasaray” SOCAR-la anlaşdı

“Qalatasaray” titul sponsorlarının adlarını açıqlayıb.
 
Newsport.az saytının məlumatına görə, İstanbul təmsilçisi yeni mövsümdə formasının üzərində 2 brendi reklam edəcək.

 

Belə ki, Türkiyə Super Liqasında “sarı-qırmızılar”ın yaxasında SOCAR yazılacaq. Bu isə o deməkdir ki, Azərbaycan şirkəti İstanbul nəhənginin sponsorlarından birinə çevrilib. Avqust ayından başlanılan danışıqlar sentyabrda başa çatıb.

 

Çempionlar Liqasının oyunlarında “Qalatasaray”ın formasında “Sberbank” yazılacaq. Bu, onların Rusiya bankı ilə də anlaşdığından xəbər verir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right