Kamran Ağayevin baş məşqçisi istefa verdi

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu Türkiyənin "Karşıyaka" klubunun baş məşqçisi Cüneyt Dumlupınar istefa verib.

Newsport.az-ın məlumatına görə, buna komandanın PTT 1-ci liqasındakı uğursuz çıxışı səbəb olub.
 
Dumlupınar açıqlamasında ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Bu komandaya və oyunçulara güvənirəm və inanıram. Komanda mövsümün sonunda Super Liqaya vəsiqə qazanacaq".

Qeyd edək ki, "Karşıyaka" Türkiyə PTT 1-ci liqasının cari mövsümündə keçirdiyi 6 oyunda cəmi 5 xal qazanıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Komandanın yeni baş məşqçisinin kim olacağı isə bilinmir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right