Millimizin sabiq üzvü Kamran Ağayevə belə qol vurdu

Türkiyə PTT I Liqasında VI turun oyunları keçirilir.

Newsport.az saytının məlumatına görə, tur çərçivəsində milli komandamızın üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka”, millimizin digər üzvü Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB” ilə qarşılaşıb. Qarşılaşma Ufukun komandasının 1-0 hesablı qələbəsi ilə başa çatıb. Maraqlı məqam burasındadır ki, matçda yeganə qolu məhz Ufuk Budak vurub. O, məhz 85-ci dəqiqədə Kamran Ağayevi məyus edib. 

Qeyd edək ki, VI turdan sonra Kamranın komandası 5 xalla 13-cü, Ufukun komandası isə 12 xalla 2-ci pillədə qərarlaşıb.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right